Türkiyədə tur qayığı batıb

Türkiyənin Fəthiyyə bölgəsində tur qayığı batıb.

APA “Hürriyyet”ə istinadən xəbər verir ki, qayığın batması nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qayıqda 38 nəfər olub. Qayığın batma səbəbi hələ ki, məlum deyil.