Türkiyədə turist mikroavtobusu qəzaya uğradı: 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Türkiyənin İsparta vilayətində turistləri gəzdirən mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.