Vətəndaşların 141 min manatını mənimsəyən dələduz hakim qarşısında
12:46 05.07.2021
Hadisə
596
Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının nüfuzuna xələl gətirən Çingiz Məcnunzadənin qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqda aparılan istintaq-əməliyyat tədbirləri ilə Çingiz Məcnunzadənin İmamqulu Quliyev, Elşad Xəlilov və Qoşqar Bağırzadə ilə qabaqcadan əlbir olub özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində zərər görən sahibkarlara 5 min manat məbləğində birdəfəlik maddi yardımının edilməsi və vergi ödəyicilərinin borclarının silinərək müvafiq hesablarına tətbiq olunan məhdudiyyətlərin ləğv edilməsinə dair yalan vəd verərək həmin orqanın səlahiyyətli vəzifəli şəxslərinə verilməsi adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 141 min manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Çingiz Məcnunzadə və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, Çingiz Məcnunzadə barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət