Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Yasamal rayonu ərazisində yerləşən evlərin birində talama hadisəsi qeydə alınıb.
Naməlum şəxs mənzilin qapısının açıq olmasından istifadə edərək evə daxil olub və zərərçəkənin içərisində 1700 manat olan pul kisəsini, eləcə də mobil telefonunu oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 34 yaşlı S.Kişiyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.