Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Paytaxtın Qaradağ rayonunda yerləşən marketlərin birində yeniyetməyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkənin pulunu xırdalamaq adı ilə ələ keçirərək hadisə yerindən qaçdığı məlum olub.

Araşdırma davam etdirilir.