Yevlaxda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Yevlaxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Aran qəsəbəsi yaxınlığında “VAZ-2106“ və “VAZ-2107” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.