Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Yusuf Güney qatıldığı bir rəqəmsal platformadakı yayımda “Ayahuska çayı” ilə bağlı təşviqedici ifadələr işlətməkdə ittiham olunaraq saxlanılıb.
Axşam.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsinin qrupları rəqəmsal platformada yayımlanan bir proqramda iştirak edən ifaçının "Ayahuska çayı"nın istehlakına təşviq edən ifadələr işlətdiyini müəyyənləşdirib.
Araşdırma zamanı “Ayahuska çayı”nın tərkibində olan və qadağan edilmiş psixotrop maddələr siyahısına daxil edilən DMT maddəsinin mövcud olduğu aşkarlanıb.
Müğənni saxlanıldıqdan sonra istintaq üçün məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin sonu da müğənni narkotik araşdırması çərçivəsində saxlanılmışdı.