Türkiyənin Tunceli vilayətinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ olub. Zəlzələ 7 km dərinlikdə qeydə alınıb və ətraf rayonlarda da hiss edilib. İlk məlumatlara görə ciddi dağıntı və ya xəsarət yoxdur.
Sherg.az xəbər verir ki, zəlzələ mütəxəssisi Prof. Dr. Naci Görür bildirib ki, zəlzələ Pülümür fay zonasında baş verib və bölgə təhlükəlidir. Görür əlavə edib ki, Şimal Anadolu Fayı yaxınlığında olması səbəbindən tətiklənmə ehtimalı mövcuddur.
Rəsmi qurumlar sakinlərə diqqətli olmağı və mümkün zəlzələlərə qarşı hazırlıqlı olmağı tövsiyə edib.