Zəlzələdən möcüzə xilas: 8 gün sonra dağıntılar altından sağ çıxarıldı

  • Mütəxəssislər qeyd edirlər ki, zəlzələdən 7-8 gün sonra dağıntılar altından sağ insanların tapılması olduqca nadir və qeyri-adi hadisə hesab olunur

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlərdən sonra dağılan ticarət mərkəzinin altında qalan 44 yaşlı Hernan Alberto Gil Flores 8-ci gündə sağ xilas edilib.

Sherg.az xəbər verir ki, La Quayra bölgəsində aparılan axtarış-xilasetmə əməliyyatı zamanı Çili yanğınsöndürənləri Floreslə dağıntılar altında əlaqə yaradıb və ona su, qida və dərman çatdırıblar. Nəhayət, o, təxminən 9 metr dərinlikdən çıxarılıb.

Floresin həyat yoldaşı Usbimar Qonzales onun sağ olduğunu öyrənəndə böyük ümid hiss etdiyini bildirib: “O, əsl qəhrəman kimi dözdü”.

Mütəxəssislər qeyd edirlər ki, zəlzələdən 7-8 gün sonra dağıntılar altından sağ insanların tapılması olduqca nadir və qeyri-adi hadisə hesab olunur. Bu səbəbdən Floresin xilas edilməsi “möcüzəvi qurtuluş” kimi qiymətləndirilir.