“Taxt oyunları”nın ulduzu dünya rekordunu yenilədi
Yusif Nəzərli
04:52 30.07.2025
Maraqlı
552
"Taxt oyunları" (“Game of Thrones”) serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson Almaniyada keçirilən yarışda dünya rekordunu yeniləyib.
Axşam.az xəbər verir ki, idmançı 505 kiloqram çəkini qaldıraraq, özünün 2020-ci ildə qeydə alınmış 501 kiloqramlıq əvvəlki rekordunu geridə qoyub.
Onun bu uğuru rəsmi yarışda baş verdiyi üçün dünya rekordu kimi tanınıb. Aktyorun 2020-ci ildəki rekordu məşq zalında qeydə alındığı üçün müəyyən müzakirələrə səbəb olmuşdu.
Xatırladaq ki, bu vaxta qədər rəsmi yarışda rekord britaniyalı idmançı Eddi Holla məxsus idi. O, 2016-cı ildə 500 kiloqramlıq çəkini qaldırsa da, nəticədə huşunu itirmiş, beyninə qan sızmış və müvəqqəti görmə itkisi yaşamışdı.
Byornson və Holl arasındakı rəqabət 2022-ci ildə keçirilən boks döyüşü ilə nəticələnmişdi. Həmin döyüşdə aktyor xal hesabı ilə qələbə qazanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya