Azərbaycan və Pakistan HDQ komandanları Bakıda görüşüb - VİDEO
08:10 06.08.2025
Hərbi
345
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən xəbərə görə, rəsmi qarşılanma mərasimində HDQ komandanları fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiram nümayiş etdirib.
Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.
Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti, şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin "N" hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə