
Polkovnik: Təhlükəsizliyini təmin etmək istəyən hər bir dövlət öz hərbi qüdrətinə etibar etməlidir
10:53 22.11.2024
Hərbi
714
“Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını şərh edərkən bildirib.
O, söyləyib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müahribəsində qalib gələrək ermənilərə ağır zərbə vursa da, bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir:

"Prezident İlham Əliyev də öz çıxışlarında bildirir ki, bu gün Ermənistanla birlikdə bəzi məkirli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsinə çalışırlar. Bu məqsədlə də anti-Azərbaycan qüvvələri, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa səy göstərirlər. Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüynü göstərir. Çünki sülh istəyən bir dövlətin sürətlə silahlanması məntiqsizdir. Belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmağa, təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur. Çünki həm işğal dönəmi, həm də 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi btövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqa deyil, öz hərbi qüdrətinə etibar etməlidir. Ona görə də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrin peşəkarlığını, maddi-texniki təchizatını yüksətməkdədir”.
C.Xəlilov vurğulayıb ki, Azərbaycan dövləti müdafiə xərclərini artırmaqla yanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqın rifahının yaxşılaşması istiqamətində mühüm proyektlər həyata keçirməkdədir:
“Ölkəmizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı, iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çox şaxələndirməyə şərait yaradır. Ermənistan isə iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcəyi kreditlərin hesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maraqlarını təmin etmək üçün ona məyyən silahları təmənassız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı ilə Ermənistan dövlətinin sonu ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi