Rusiya PUA-sı Rumıniyada binaya çırpıldı: Xəsarət alanlar var

Bu gün Rusiyaya məxsus PUA Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalaç bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb.

Nəticədə 2 nəfər xəsarət alıb.

Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.