Yücel Karauz: Bəxtiyar Paşanın yüksəlişi Türkiyə-Azərbaycan qardaşlığının göstəricisidir
14:03 06.08.2025
Hərbi
800
2025-ci ildə Türkiyə Silahlı Qüvvələrində mühüm kadr dəyişiklikləri baş verib. Bu dəyişikliklər yalnız ölkənin müdafiə strategiyası baxımından deyil, həm də Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün əhəmiyyətlidir. Xüsusilə Azərbaycanda xidmət göstərən general Bəxtiyar Ersayın yüksək rütbəyə layiq görülməsi, iki ölkə arasında möhkəmlənən qardaşlığın bariz nümunəsidir.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvlərindəki yedəyişmələrin ildə bir dəfə, avqust ayında keçirildiyini söyləyib:
"Bu il Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu Baş Qərargah Rəisi vəzifəsinə təyin edilib. Uzun illər Suriya və İraq kimi bölgələrdə terrorla mübarizə aparan Metin Tokel isə Quru Qoşunları Komandanı təyin olunub.
Həmçinin Azərbaycan Müdafiə Nazirinin müşaviri olan General-polkovnik Bəxtiyar Ersay "Ordu generalı" rütbəsinə yüksəldilib. Bu, təbii ki, Bəxtiyar Paşanın Azərbaycandakı fəaliyyəti ilə də birbaşa əlaqəlidir. Azərbaycanda vəzifəyə başlayarkən General-leytenant rütbəsində olan Bəxtiyar Ersay əvvəlcə General-polkovnik, daha sonra isə Ordu generalı rütbəsinə layiq görülüb. Bu onun Azərbaycandakı xidmətlərinə verilən dəyərin və eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Türkiyə 85 milyon əhalisi olan bir ölkə olsa da, yalnız 6 Ordu generalı mövcuddur. Digər tərəfdən Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin komandirlərinin xidmət müddətləri də bir il müddətinə uzadılıb. 2025-ci il Yüksək Hərbi Şura iclası bölgədə risk və təhdidlərin artdığı bir dövrdə həyata keçirilən kadr islahatları ilə Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində strateji dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklər eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığına verilən önəmin və hərbi əməkdaşlığın gücləndirilməsinin göstəricisidir".
Y.Karauz yeni Silahlı Qüvvələr rəhbərliyinin Türkiyə-Azərbaycan münasibətlərinə böyük önəm verən, hərbi əməkdaşlığın inkişafına ciddi töhfə verə biləcək komandirlərdən ibarət olduğunu söyləyib. Qarşıdakı dövrdə onların təşəbbüsləri ilə Türkiyə-Azərbaycan əlaqələrinin daha da irəliləyəcəyi gözlənildiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə