Premyer Liqa aprelin 30-dan tez başlamayacaq - Rəsmi

 
İngiltərə Premyer Liqasında mövsümün bərpası aprelin 30-dan tez mümkün olmayacaq.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

İngiltərə Futbol Liqası (EFL) və Peşəkar Futbolçular Assosiasiyası (PFA) rəhbərlikləri birgə bu qəarı veriblər. Oyunlar yalnız təhlükəsiz şəraitin olduğu halda keçiriləcək.

Qeyd edək ki, 29-cu turda dayanan Premyer Liqaya 82 xalla "Liverpul" başçılıq edir. "Qırmızılar" ən yaxın izləyicisi olan "Mançester Siti"ni 25 xal qabaqlayır. /qol.az