Obameyanq "Real"da oynamaq istəyir

 
"Arsenal"ın hücumçusu Pyerr-Emerik Obameyanq "Real"da oynamaq arzusundadır.

Qol.az xəbər verir ki, qabonlu forvard bunu "The Sun"a açıqlamasında etiraf edib:

"Real" ürəyimin komandasıdır. Babama söz vermişəm ki, bir gün bu klubda çıxış edəcəyəm. Ümid edirəm ki, bu baş verər" - deyə o bildirib.