"Yuventus"un superulduzu Kriştianu Ronaldo növbəti dəfə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanı bu dəfə özünü tərifləyib.
35 yaşlı hücumçu özünü futbol tarixinin ən yaxşısı hesab edir: "Özümdən yaxşısını görmürəm. Mənim etmədiyimi heç kim bacarmaz. Ancaq başqalarının edə bilmədiyini mən reallaşdıra bilirəm. Məndən yaxşı futbolçu yoxdur. Yaxşı və pis anlarda belə, mən futbol tarixinin ən yaxşısıyam".
Qeyd edək ki, Kriştianu Ronaldo 2018-ci ildən "Yuventus"un şərəfini qoruyur. O, Turin klubuna keçməmişdən əvvəl 9 il (2009-2018) "Real"ın formasını geyinib.