Rahim Sterlinq Premyer Liqa tarixində ən çox penalti qazandıran futbolçu olub


Ötən gün futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Fulhem” oyunu mançesterlilərin futbolçusu Rahim Sterlinq üçün əlamətdar olub.

2:0 hesablı qələbə ilə başa çatan görüşdə Rahim Sterlinq fərqlənməsə belə komandasına penalti zərbəsi qazandırıb. Beləliklə, R.Sterlinq İngiltərə Premyer Liqasının tarixində ən çox penalti qazandıran futbolçu olub. İngiltərə millisinin futbolçusuna qarşı 20-ci dəfə qayda pozuntusu qeydə alınıb.

Qeyd edək ki, cari mövsüm R.Sterlinq 15 oyunda meydana çıxıb. O, həmin görüşlərdə 5 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə yadda qalıb.