Dekabrın 26-da futbol üzrə Türkiyə çempionatının XV turunun birinci qarşılaşmasında “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqibinin qapısından iki cavabsız qol keçirib. Matçın 44-cü dəqiqəsində Ardan Turan hesabı açıb. İkinci hissənin 55-ci dəqiqəsində isə Oğulcan Çağlayan oyunda yekun hesabı bəlli edib - 0:2. Beləliklə, "Qalatasaray" XV turda qələbə qazanaraq liderliyə yüksəlib.
Günün digər “Fateh Karagümrük” - “Göztəpə” matçında isə qalib müəyyənləşməyib -1:1.
Turun digər oyunları aşağıdakılardır:
“Qaziantep” – “Alanyaspor”;
"Dənizlispor" - "Ankaragücü";
"Yeni Malatyaspor" - “Ərzurumspor”;
"Başakşəhər" - "Kasımpaşa";
"Gənclərbirliyi" - "Kayserispor";
"Konyaspor" - "Rizəspor";
"Antalyaspor" – “Hatayspor”;
“Beşiktaş” – “Sivasspor”:
Hazırda Türkiyə Superliqasına 29 xalla "Qalatasaray" başçılıq edir. 27 xal toplayan "Alanyaspor" ikinci, "Fənərbağça" isə 26 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Fənərbağça" istirahət edir.