Madrid “Real”ı ilə ispaniyalı futbolçu Serxio Ramos arasında vəziyyət gərginləşib.
Bu barədə “Chiringuito de Jugones” nəşri yazıb.
Futbolçu “Real”ın prezidenti Florentino Peresə bildirib ki, PSJ klubu ona güclü komanda yaratmaq və Lionel Messini də oraya cəlb etmək istədiyini qeyd edib.
Ramos isə öz növbəsində “Real”ın yeni müqavilə təklifindən imtina edib. Futbolçu cəlbedici maliyyə şərtləri, həmçinin Maurisio Poçettinonun rəhbərliyi altında əhəmiyyətli layihə səbəbilə PSJ-yə keçmək istədiyini bildirib.
“Kral klubu” Ramosa 12 milyon avrodan artıq məbləğ təklif etməyəcəyini bildirib. Bu isə Ramosun hazırda qazandığı məbləğə bərabər olan rəqəmdir.
Belə olan halda Ramos yayda azad agent kimi PSJ-yə keçmək fikrini qətiləşdirib.