“Qarabağ”da ayrılıq: 14 il sonra klubu tərk etdi

“Qarabağ”da ayrılıq baş verib.
Türkiyəli mütəxəssis Oktay Gürsoy klubu tərk edib. Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Gürsoy ötən illərdə ona göstərilən dəstəyə görə kluba öz təşəkkürünü bildirib.
Qeyd edək ki, türkiyəli fizioterapevt 2009-ci ildən “Qarabağ”da çalışırdı.