MLS klubu argentinalı hücumçuya rəsmi təklif göndərib

"İnter Mayami" PSJ-dən ayrılan Lionel Messi ilə müqavilə imzalamaqda qərarlıdır.

Sherg.az qol.az-a istinadən xəbər verir ki, MLS klubu argentinalı hücumçuya rəsmi təklif göndərib. Qeyd olunur ki, "İnter Mayami" Messiyə ən azı üç mövsümlük müqavilə təklif edəcək. O, təklifi qəbul edəcəyi təqdirdə, liqada ən çox maaş alan futbolçu olacaq.

36 yaşlı oyunçunun karyerasını davam etdirmək üçün mümkün variantlar arasında "Barselona"ya qayıtmaq və Səudiyyə Ərəbistanı klublarından birinə keçid də var.

Qeyd edək ki, Messi ötən mövsümdən bütün yarışlarda 41 matçda iştirak edib, 21 qol vurub və 20 qolun ötürməsini verib.