"Barselona"nın futbolçuları kütləvi şəkildə xəstəliyə yoluxub, "Yuventus"la oyun ləğv edilib


İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi komanda üzvlərinin virusa yoluxması səbəbindən İtaliyanın "Yuventus"u ilə yoldaşlıq oyununu ləğv etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "Barsa"nın mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, heyətin əhəmiyyətli bir hissəsi qastroenterit xəstəliyinə tutulub.

İspaniya klubunun "Yuventus"la oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 06:30-da Kaliforniyada “Livays” stadionunda baş tutmalı idi.

"Barselona" həmçinin iyulun 27-də İngiltərənin "Arsenal", iyulun 29-da İspaniyanın "Real Madrid"i və avqustun 1-də İtaliyanın "Milan"ı ilə oynamalıdır.