Türkiyə Superliqanın 4-cü həftəsində "Beşiktaş" "Sivasspor"u qəbul edib. Sherg.az xəbər verir ki, "qara qartallar" rəqibini 2:0 hesabı ilə məğlub edərək xalını 3-ə çatdıran tərəf olub.
"Beşiktaş"a qələbə qazandıran qolları 26-cı dəqiqədə Ömər Kolli, 40-cı dəqiqədə isə Raşica vurub.
Bu nəticə ilə "Beşiktaş" xalını 7-yə yüksəldib, ilk məğlubiyyətini alan "Sivasspor"un xalı isə 5-də qalıb.