Melissa Varqas "CEV 2023" Avropa Voleybol Çempionatının finalında ən çox diqqət çəkən olub. Qadağan olunduğu voleybola yüksək performansla qayıdan və bu turnirdə 41 xal toplayan Melissa Varqasın kuboku qazanmasında böyük rolu olub.
44 nömrəli formanı geyinən Melissa Varqas sosial şəbəkədəki paylaşımlarında tez-tez "Öncə əriklər diyarı Malatyadan salamlar" ifadələrini işlədir. Bəs, Melissa Varqas kimdir, haradandır, nə vaxt Türkiyə vətəndaşı olub? "Sherg.az" Avropa çempionatının ən dəyərli oyunçusu Melissa Varqasın həyat hekayəsini təqdim edir...
Türkiyə Qadın Voleybol Milli Komandası "2023 CEV" Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempion oldu. Final görüşündə 41 xal toplayan Melissa Varqas “Avropa çempionatının ən dəyərli oyunçusu” seçilib. O, Millətlər Liqası təşkilatından sonra növbəti dəfə ən dəyərli oyunçu adını qazanıb.
Melissa Varqas uğurlu performansı ilə yanaşı simpatik xasiyyəti ilə də diqqət çəkir. 44 nömrəli formanı geyinən Melissa Varqas sosial şəbəkədəki paylaşımlarında tez-tez "Öncə əriklər diyarı Malatyadan salamlar" ifadələrini işlədir.
16 oktyabr 1999-cu ildə Kubanın Cienfuegos şəhərində anadan olan Varqas 8 yaşında voleybol oynamağa başlayıb. Məktəb komandasında oynamağa başlayan kubalı idmançı gənc yaşlarında istedadı ilə bütün diqqətləri üzərinə çəkib.
Orta məktəb illərində Cienfuegos Kuba komandasında çıxış edən Varqas 12 yaşında Kuba Milli Komandasına seçilib. 14 yaşında 12 nəfərlik komandadakı çıxışı ilə güclü təsir bağışlayan Varqas üçün hamı “Kubanın gələcəyi” deyirdi.
Ölkəsində qəhrəman kimi görünən Varqas 2016-17 mövsümündə Kubanı tərk edərək Çexiya klublarından olan "Agel Prostejov"a keçib.
Türkiyənin önəmli klublarından biri olan “Eczacıbaşı” ilə qarşılaşan 16 yaşlı Varqas Çexiyanın "Agel Prostejov" klubunun formasını geyindiyi halda həmin görüşdə 32 xal toplayaraq, millimizin önəmli voleybolçularından olacağını göstərdi. Voleybol türk ictimaiyyətinin diqqətini çəkməyi bacardı.
Bədbəxt bir zədə aldıqdan sonra Varqas müalicə üçün doğma Kubaya qayıtdı. Kuba dövlətinin təklif etdiyi şərtləri qeyri-adekvat hesab edərək, buradakı özəl klinikada müalicə olunmaq istəyib.
Kuba Federasiyası Melissa Varqası 2017-ci ildə dövlətin şərtlərini bəyənmədiyi üçün "ölkəsinə qarşı təhqiramiz və intizamsız münasibəti"nə görə 4 il müddətinə milli komandadan uzaqlaşdırıb.
Ölkəsinin münasibətindən sonra İsveçrəyə “qaçqın” statusu ilə gələn Varqas “Volero Sürix”ə keçib.
Kubanın ona olan münasibəti və bundan sonra baş verən proseslərlə bağlı “Durmayacam, dünyanın ən yaxşı voleybolçusu olmaq istəyirəm” deyən Melissa Varqas Türkiyədəki macərasına “Fənərbaxça Opet”ə keçməklə başlayıb.
Performansı ilə Serbiya Millisinin baş məşqçisi Zoran Terziçin də radarına düşən Varqas Serbiya vətəndaşıdır, lakin FIVB Kubanın icazəsi olmadan onun millidə oynamasına icazə verməyib.
2021-ci ildə Varqasın Türkiyə vətəndaşlığı elan edilib. Serbiya məşğul olarkən, rəsmi işlər yekunlaşmaq üzrəykən prezident Rəcəb Tayyib Ərdoğan, o vaxtkı Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağın səyləri ilə Melissa Varqas "ay-ulduzlu" formanı geyindi.
Lakin Varqas həmin il oynaya bilmədi, çünki onun oynaya bilməsi üçün vaxt lazım idi. 2018-2021-ci illər arasında "Fənərbaxça"da çıxış edən Melissa yarım mövsümü "Tianjin Bohai Bank"da keçirərək özünü təkmilləşdirib.
Türkiyə Voleybol Federasiyasının Melissa Teresa Varqas Abreunun Türkiyə Respublikası vətəndaşlığı ilə bağlı qərarı 2021-ci il aprelin 10-da təsdiqlənib və Prezident Rəcəb Tayyib Ərdoğan Melissa Varqasa Türkiyə şəxsiyyət vəsiqəsini təqdim edib.
Türkiyə vətəndaşı olan Melissa Varqas meydandakı uğurları ilə yanaşı, meydandan kənarda da isti münasibəti ilə seçilir. Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağa hörmətlə yanaşan Varqas bu səbəbdən məmləkətinin həmişə Malatya olduğunu deyir. Hətta sosial mediada tez-tez yer alan “Əvvəlcə əriklər diyarı Malatyadan salamlar” deyərək insanları güldürüb.