Santarelli: Özümü türk kimi hiss edirəm

Avropa çempionatının finalında Serbiyanı məğlub edən “Filenin Sultanları” Türkiyəyə çempion kimi qayıdıb. 

Sherg.az xəbər verir ki, "2023 CEV" Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempionluq qazanan Milli Qadın Voleybol Komandası İstanbula gəlib.

Belçikanın paytaxtı Brüsseldən yola düşərək İstanbul hava limanına enən təyyarə aviasiya ənənəsi olan “su etiketi” ilə qarşılanıb. “Filenin Sultanları”nı daşıyan təyyarəni yanğınsöndürən maşınların sirenləri, ardınca isə Türkiyə bayraqları ilə təchiz edilmiş "Məni izlə" avtomobilləri qarşılayıb.

Hava limanında çıxış edən kapitan Eda Erdem Dündar: "Tarix yazan komandanın bir parçası olduğum üçün xoşbəxtəm. Çox inandıq, çox çalışdıq və bunu meydanda əks etdirəndə nələrin baş verdiyini göstərdik" deyib.

VNL-dən sonra Avropa Çempionatını da qazanmış italiyalı baş məşqçi Daniele Santarelli futbolçularla söhbətini xatırladıb:

 “İlk gələndə oyunçularıma dedim ki, bu, həyatınızın ən yaxşı yayı ola bilər. Belə bir yayın ola biləcəyini bilirdim, belə bir xəyal qurmasaydım, onlara da bunu söyləməzdim... Özümü Türk gimi hiss edirəm. Sizlərdən biri kimi".