Hamit Altıntop Ermənistan matçı ilə bağlı paylaşım edib


TFF İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop sosial media hesabında Ermənistan matçı ilə bağlı paylaşım edib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bütün çempionatların fərqli hekayəsi olduğunu ifadə edən Altıntop, "Uşaqlarımız AVRO 2024 yolunda həyəcanlı hekayələrini yazmağa davam edir. 
Ermənistanla  nəticə istədiyimiz kimi olmasa da, həyəcanımız davam edir. Uşaqlarımıza ürəkdən inanıram. Hamımızın dəstəyi və inamı ilə böyük uğurlara imza atacağıq. Son anına qədər verdikləri dəstəyə görə Eskişəhirlilərə təşəkkür edirəm" deyə bildirib.