Erməni futbolçu “Qalatasaray”ın təklifini rədd etdi

Ermənistan millisinin və Moskva “Lokomotiv”inin üzvü Nair Tiknizyan qış transfer pəncərəsində Türkiyənin “Qalatasaray” klubuna keçməkdən imtina edib.

Axar.az xəbər verir ki, məlumatı erməni mediası yayıb.

24 yaşlı müdafiəçinin Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması səbəbindən təklifi rədd etdiyi bildirilib.

İş rəsmi danışıqlara çatmasa da, “Qalatasaray” erməni futbolçunu transfer etmək arzusunda olub.