Ançelottidən Arda Gülərə ad günündə böyük biabırçılıq!


La Liqanın 26-cı turunda "Real Madrid" "Sevilya" ilə qarşılaşıb. Maraqlı qarşılaşma "Real Madrid"in 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bənövşəyi-ağlılara qələbə qazandıran qolu oyuna sonradan daxil olan Luka Modriç vurub. 

Sherg.az xəbər verir ki, Xorvatiyalı futbolçu 81-ci dəqiqədə rəqibin torunu silkələyib.


Baş hakim Diaz de Mera matçda zədələndiyi üçün oyunu davam etdirə bilməyib. Əvəzində fiti matçın 4-cü hakimi üzərinə götürüb.

Matçın 58-ci dəqiqəsindən isinmə hərəkətləri edən Arda Gülər ​​Ançelotti tərəfindən oyuna çəkilmək üçün kənara çıxıb. Modriç 78-ci dəqiqədə oyuna girmək üzrəykən qol vuranda Ançelotti dəyişiklikdən imtina edib. İtaliyalı çalışdırıcı matçın qalan hissəsində 3 dəyişiklik etsə də, Ardanı oyuna göndərməyib.