“Ronaldo bənzətməsi məni xoşbəxt edir”- Arda Gülər
15:37 15.10.2025
Futbol
506
“Mbappe ilə matçdan əvvəl hər şeyi danışırıq, yalnız baxış kifayətdir”
“Real Madrid”in gənc ulduzu Arda Gülər Fransız mətbuatına danışıb. Türkiyənin milli oyunçusu komandadakı yeni rolundan və son iki ildə yaşadıqlarından bəhs edib.
Sherg.az xəbər verir ki, üçüncü mövsümündə “Real Madrid”də oynayan Arda Gülər, bu mövsümdən etibarən komandadakı rolunu tam mənimsəyib. Xabi Alonso dövründə yarımmüdafiəyə yerləşən Arda artıq bir çox oyuna ilk 11-də başlayır və ciddi oyun vaxtı qazanır.
Bu mövsüm 10 rəsmi oyunda 3 qol və 4 assist qeydə alan 20 yaşlı futbolçu, komandadakı yeni rolu və ümumilikdə yaşadıqları barədə Fransanın nüfuzlu jurnallarından “L'Equipe Magazine”ə açıqlama verib.
Arda Gülər bildirib:
“Kristian Ronaldo - Mesut Özil” və “Kylian Mbappe - Arda Gülər” müqayisəsi mənə xoş gəlir. Böyük işlər görüblər, amma əhəmiyyətli uğurlar həmişə komanda ilə əldə olunur, yalnız iki oyunçu ilə deyil. Kylian Mbappénin bacarıqları mənim bacarıqlarımla çox yaxşı tamamlanır. Bir-birimizi çox yaxşı anlayırıq. Bəzən matçlardan əvvəl: “Bu və ya bunu etməliyik” deyirik. Amma elə axşamlar da olur ki, yalnız bir baxış kifayətdir.”
Arda əlavə edib:
““Real Madrid”ə keçəndə artıq dünyanın ən böyük klubunda olduğumu bilirdim. Amma ilk məşqdən etibarən burada oynayacaq keyfiyyətə sahib olduğumu anladım. Burada uğur qazanacağıma heç şübhəm yox idi. Juni Calafat (skautinq üzrə məsul şəxs) mənə planı əvvəldən izah etmişdi. İlk ilin çətin olacağını, çünki “yalnız Türkiyəni tanıyan bir gənc üçün başqa cür ola bilməz” deyirdi. Luka Modriç və Toni Kroos kimi isimlərin yanında olmaq üçün buraya gəldiyim də əlavə edildi. Hər şey açıq və səmimi idi.”
Reportajda yaxın dostlarından biri də Arda Gülər haqqında danışıb:
“Əvvəllər zarafatlaşanda, güləş kimi mübarizə aparanda həmişə qalib gələcəyimi bilirdim. Amma bu gün eyni şeyi sınamağa cəsarət etmirəm. Arda təxminən 8 kilo əzələ kütləsi qazanıb. Bu da ona ikili mübarizələrdə daha dözümlü olmağa, hər şeyi daha sürətli etməyə və ilk 11-də yer tutmağa imkan verdi.”
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm