Ayxan Abbasov: "Bu məğlubiyyətdən dərs çıxarmalıyıq"
Yusif Nəzərli
19:10 01.10.2021
İdman
359
"Məğlub olmaq çox üzücüdür. Çempionatın bu yerində xal lazım idi. Ruhdan düşməməliyik. Bilirsiniz ki, qarşıda hələ 3 dövrə var".
"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis matça istədikləri kimi başladıqlarını, amma cüzi diqqətsizlikdən qol buraxdıqlarını bildirib: "Hər iki komandanın hücumları oldu. İstədiyimiz sonluğu gətirə bilmədik. Bəzi futbolçularımız tam formasında deyil, itkilərimiz var. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq".
O, yeni transfer Səid Rzanın çıxışını dəyərləndirib: "Onu məndən başqa kim bəyənə bilər ki? Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndə bir az eniş yaşadı, amma sonradan qollar vurdu. Səiddə nəsə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə bir şey yoxdur. Futboldur, Səidə ümidimiz böyükdür".
Abbasov komandasının sonadək mübarizə apardığını söyləyib: "Biz digər klublara nisbətən az istirahət etdik. Bu sözümü yozdular, bizi İngiltərə klublarıyla müqayisə etdilər. Bu gün meydanda oyunçuların yorulduğunu gördüm. Hücumların sonunu gətirə bilmədik. Hər dəfə eyni səviyyədə oynamaq olmur. Ötən il 4-5 oyun uda bilmirdik, amma sonradan digər komandalara çatdıq. Futbolda eniş də olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya