Güləş millilərimiz Olimpiadaya vəsiqə üçün hazırlıqlara başladı
15:47 19.02.2020
İdman
688
Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız bu gündən növbəti təlim-məşq toplanışına start verib. Oxu.Az xəbər verir ki, təlim-məşq toplanışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşi üzrə millimiz yarışın startına qədər toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.
Sərbəst güləş üzrə millimiz isə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir.
Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Əbubəkr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq).
Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.
Qeyd edək ki, Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya