Kasparov üzərində daha bir qələbə qazanan Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub
18:43 11.07.2021
İdman
424
Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılıb.
Trend xəbər verir ki, startda 10-cu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. On altıncı turda ukraynalı Anton Korobova məğlub olan şahmatçımız son turda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla heç-heçə edib. Təmsilçimiz son turda niderlandlı Aniş Giriyə məğlub olub. Beləliklə 18 turda 10 xal toplayan Şəhriyar Məmmədyarov 6-cı yeri tutub.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman