Qurban Qurbanov: “İlk matçda “Lex”in gücünü hiss etdik”
Qurban Qurbanov: “İlk matçda “Lex”in gücünü hiss etdik”
Yusif Nəzərli
13:56 11.07.2022
İdman
471
“Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Polşa “Lex”inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis Poznan təmsilçisi daha yaxşı analiz etdiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda komandama güvənirəm. Sabah meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq”.
O, transferlərlə bağlı suala indi cavab verə bilməyəcəyini söyləyib: “Bütün fikrimiz “Lex”lə oyundadır. Əlimizdəki futbolçulara inanıram”.
Təcrübəli baş məşqçi hər şeyi nəzərə aldıqlarını vurğulayıb: “Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam yaxşı oyuna hazırdır. Biz futbolçu döyüşçülərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəklər”.
Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: “Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs bizim uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər”.
Mütəxəssis azarkeşlərdən dəstək gözlədiyini söyləyib: “Azarkeş futbolun ən vacib hissəsidir. Futbolçulara motivasiya, inam, məsuliyyət verir. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, 10 milyon bizim arxamızdadır. Hamısı qalib gəlməyimizi istəyir”.
Qurbanov heyətdəki itkilərə də toxunub: “Qara Qarayevdə narahatlıq var. Meydana çıxması sual altındadır. Sabah yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda “Qarabağ” rəqibinə minimal hesabla uduzub - 0:1.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm