Qurban Qurbanov: “Öz prinsiplərimizdən əl çəkməyəcəyik”
14:59 01.08.2023
İdman
570
“Yaxşı nəticə üçün çox əziyyət çəkməli olacağıq. Bu komandaya qarşı bir an belə oyundan qopmaq olmaz”.
Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, fikrini belə davam etdirib:
“Vacib oyuna çıxacağıq. Çox intizamlı komandaya qarşı oynayırıq. Üstünlük bir qədər rəqib tərəfdədir. Amma pis hazırlaşmamışıq.
İlk görüşdə rəqibi tam yaxından tanıdıq. Futbolçularla diskussiyalarımız olub. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Çünki buna ehtiyacımız var. Futbolçular ən yaxşısını edəcəklər. Sabah Polşadakı oyundan tam fərqli olmalıyıq. “Rakuv” çox maraqlı rəqibdir. Bu klub az müddətdə böyük uğurlara imza atıb. İldən-ilə keyfiyyəti artırıblar. İlk oyundan sonra bu komandaya simpatiyam yarandı. Oyun fəlsəfəsini çox yaxşı yerinə yetirirlər”.
Təcrübəli mütəxəssis ilk matçda kobud səhvə yol verən və buna görə tənqid olunan qapıçı Şahruddin Məhəmmədəliyevin oynamaq ehtimalının çox olduğunu söyləyib:
“Yazılardan xəbərim var. Futbol kollektiv oyunudur. Start heyəti sabah bilinəcək. Şahruddinin oynamaq şansı çoxdur. Hələ bir gün vaxtımız var. Fikrimiz, diqqətimiz rəqibdə olmalıdır. Oyundan kənara çıxmamalıyıq. Meydanda işimizi düzgün qurmağa çalışacağıq. Futbolçular çalışmalıdırlar ki, səhvlərdən uzaq olsunlar. Bu komandaya qol vurmaq üçün daha aktiv olmalıyıq”.
51 yaşlı çalışdırıcı yeni transfer Juninyonun meydana çıxmaq ehtimalının olduğunu söyləyib:
“Vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə tam iştirak edib”.
Q.Qurbanov qələbə qazanmaq üçün öz prinsiplərindən əl çəkməməli olduqlarını qeyd edib:
“Futbolda belə termin var ki, qalib gəlmək istəyirsənsə, ilk növbədə rəqibə oynamaq imkanı verməməlisən. Digər tərəfdən, futbolçularımın individual ustalığı əhəmiyyət daşısın. Öz prinsiplərimizdən əl çəkməyəcəyik. İndiyə qədər əldə etdiyimiz uğurlar bunların sayəsində reallaşıb. 90 dəqiqə və ya daha artıq müddətdə konsentrasiyamız oyunda olmalıdır”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Rakuv” oyunu saat 20:00-da start götürəcək. Polşada keçirilən ilk matçda Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou