Unutmasınlar! - "Tez və ya gec hesab vermək zamanı gələcək"
09:50 09.09.2021
İdman
1072
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkə idmanı ilə bağlı bəzi mühüm məqamları vurğuladı və idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını tapşırdı. Dövlət başçısı xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu deyərək, Tokioda medal qazananlar arasında gənc nəslin nümayəndələrinin olmamasını xüsusi qeyd etdi. Ölkənin idman ictimaiyyəti bir daha əmin oldu ki, cənab Prezident hər şeydən xəbərdardır və bütün prosesləri yaxından izləyir. Reallıq budur ki, bəzi idman federasiyalarında çox ciddi problemlər var və bu problemlərin başlıca səbəbi idarəetmə ilə bağlıdır. İdarəçilər əsas diqqətlərini lazımi şəraitin yaradılmasına və idmançı yetişdirlməsinə yönəltməli olduqları halda, nədənsə bunun əksi müşahidə olunur. Bəzi federasiya rəsmilərinə elə gəlir ki, rəhbərlik etdikləri idman qurumu onların şəxsi mülkiyyətidir və nə istəyirlərsə, onu da edə bilərlər".
"Sherg.az"ın xəbərinə görə, bu barədə öz Feysbuk hesabında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov yazıb. Əməkdar məşqçi qeyd edib ki, bu cür insanlar üçün dedi-qodu, süni qalmaqal, başqalarını ləkələmək, onlarla razı olmayanlar haqda yalanlar uydurmaq adi haldır:
"Onlar üçün “kim mənimlə razı deyilsə, demək mənə qarşıdır” prinsipi hər zaman aktual olub. Şəxsi mənfəətlərini hər zaman üstün tutan bu insanlar anlamalıdırlar ki, işinin peşəkarlarına ləkə yaxmaq, onları sevimli peşələrindən uzaq salmaq ancaq qısa zaman kəsiyi üçün keçərli ola bilər. Amma unutmasınlar ki, tez və ya gec hesab vermək zamanı gələcək. Əgər cənab Prezidentin dediklərini “bu bizə aid deyil” deyərək qulaqardına vuracaqlarsa, o zaman işlərini çox qəlizə salacaqlar.
Son aylar ərzində haqqımda deyilənlərə, bir vaxtlar dəstək verdiyim, amma çörəyi dizinin üstündə olan insanlar tərəfindən üzləşdiyim şər-böhtanlara reaksiya vermədim, Vətən müharibəsi başlayanda yerli kanalların birinə canlı yayıma dəvət olunduqdan sonra telekanal əməkdaşına zəng edib “Firdovsi Umudovu siz dəvət etmisiniz, yoxsa özü gəlib?” sualını ünvanlayanlara cavab vermədən keçdim, tanınmış güləşçilərimizin mənim barəmdə səsləndirdiyi müsbət fikirlərə görə onlara edilən təzyiqlərə şahidlik etdim, “Firdovsi Umudov mətbuatda bizə qarşı sifarişli yazılar yazdırır” ittihamı ilə üz-üzə qaldım, mənim barəmdə ölkə idman rəsmilərinə söylənən yalanlara şahidlik etdim, amma susdum.
Çünki əmin idim ki, yalan ayaq tutar, amma yeriməz. Siz “Firdovsi Umudov federasiyaya gəlmir” deyəndə, mən zabit kimi hərbi tapşırıqların yerinə yetirilməsi ilə məşğul idim.
Mən hər zaman Vətənimin, xalqımın xidmətindəyəm – istər zabit, istər idman mütəxəsisi kimi. Sadəcə mənim üçün “Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə” prinsipi hər zaman önəmli olub və xidmətimə ehtiyac duyulan yerə canla-başla getmişəm. İnanıram ki, Fərid Qayıbovun təyinatından sonra idmanımız yeni mərhələyə qədəm qoyacaq. Biz də öz növbəmizdə parlaq gələcək üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Qeyd edək ki, ötən il Azərbaycan Güləş Federasiyasında baş məşqçi təyinatı ilə bağlı keçirilən iclasa və tədbirlərə Firdovsi Umudov federasiya rəsmisi kimi dəvət almamışdı. AGF onun iclaslara çağırılmamasını vitse-prezidentlərin iştirakına ehtiyac duyulmadığı səbəbindən olduğunu bildirmişdi. Lakin Umudov artıq hər şeyə aydınlıq gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual