Bakıda 79 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən bütün avtobuslar yenilənib.
Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iyunun 1-dən etibarən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş yeni avtobuslar cəlb edilib.
Məlumata görə, xətt üzrə 16 avtobus fəaliyyət göstərəcək və nəqliyyat vasitələri 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunub ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Gedişhaqqı isə 60 qəpik təşkil edir.