BTQ dəmir yolunun rəsmi açılışı olacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

APA-nın yerli bürosu xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.