Azərbaycan elektrik enerjisi idxalını 19% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 822,4 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 94,2 mln. kVt-saat və ya 13% çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə İrana 152,3 mln. kVt-saat, Türkiyəyə 109,1 mln. kVt-saat, Rusiyaya 56,1 mln. kVt-saat, Gürcüstana isə 504,9 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Məlumata görə, yanvar-iyul aylarında elektrik enerjisinin idxalı 100,1 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt-saat və ya 19% artıb. Hesabat dövründə İrandan 19,6 mln. kVt-saat, Rusiyadan 55,8 mln. kVt-saat, Gürcüstandan isə 24,7 mln. kVt-saat elektrik enerjisi idxal edilib.