İşsizlik, gəlirlərin azalması: Problemli kreditlərin həcmi sürətlə artır

N.Cəfərli: " Ən az problemli kredit Naxçıvandadır"

"Vətəndaşlar biznesdə götürdüyü krediti qaytarmaqda çətinlik çəkirlər"


“Ölkədə problemli kreditlərin həcmi sürətlə artır, son 1 ayda artım 2,5 faiz olub”. 

“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

N.Cəfərli qeyd edib ki, indi ümumi kredit portfelinin 6,1 faizini problemli kreditlər təşkil edir: 

“Dünyada kritik hədd 3 faiz sayılır, bizdə bu həddi artıq 2 dəfədən çox keçilib. Ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonundadı, ümumi kredit portfelinin 14,4 faizi problemlidir. Bakı şəhəri üzrə isə bu göstərici 6,4 faiz təşkil edir. Vətəndaşlar da, biznesdə götürdüyü krediti qaytarmaqda çətinlik çəkirlər. Çünki son 1,5 il pandemiya dövründə hökumət kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul etmədi. İşsizlik və nominal gəlirlərin azalması, kiçik-orta biznesin zəifləməsi problemli kreditlərin artmasının əsas səbəbləridir”. 

Ekspert maraqlı bir məqama da diqqət çəkib: 

“Ölkə üzrə ən az problemli kredit Naxçıvandadır. Sədərək rayonunda 1 faiz, Şərurda 0,8 faiz olub”.