Nazir: “Ölkəmizdə innovasiya sahəsində kadr potensialının artırılması diqqətdə saxlanılır” 

“26 aprel –  Ümumdünya Əqli Mülkiyyət Günü ilə bağlı tədbirin mövzusu bu il “Əqli Mülkiyyət və gənclik: daha yaxşı gələcək üçün innovasiyalar”a həsr edilib. Ölkəmizdə bu sahənin inkişafını təmin etmək üçün innovasiya sahəsində kadr potensialının artırılması və gənclərin fəaliyyətinin dəstəklənməsi diqqətdə saxlanılır”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” səhifəsində qeyd edib.