Mikayıl Cabbarov Vilyam Tompsonla görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT, OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
Bu barədə nazir şəxsi “Facebook” səhifəsində qeyd edib:
“İƏİT-in (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşdə təşkilatla ölkəmiz arasında uğurlu əməkdaşlığın perspektivlərini və birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndirdik, dayanıqlı iqtisadiyyata töhfə verən islahatlar barədə müzakirə apardıq”.