Nazir: “2022-ci ilin ilk rübündə qeyri-neft məhsullarının ixracı artıb”

“Ölkə iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin ilk rübündə qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq 727,2 milyon dollara çatıb”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabındakı paylaşımında qeyd edib.