Avtobuslarda gediş haqqı 50 qəpik olacaq? - BNA nə təsdiq edir, nə də təkzib! 

Son günlər sosial şəbəkələrdə avtobuslarda gediş haqqının artacağı ilə bağlı fikirlər ortaya çıxıb. İctimai nəqliyyatda gediş haqqının 50 qəpiyə yüksələcəyi iddia olunur. 
Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. Qurum sözçüsü "Sherg.az"a bildirdi ki, qiymət tənzimləmələri həyata keçirən qurum Tarif  Şurasıdır:
 “Hazırda ictimaiyyət arasında yayılan bu xəbərin  düzgün və ya yanlış olmasını da məhz Tarif Şurası deyə  bilər”.