Mikayıl Cabbarov dəyirmi masaya qatılıb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda “Rəhbərlərin birgə görüşü: mövcud geosiyasi mənzərə” mövzusunda dəyirmi masada iştirak edib.
Bu barədə o, özünün “Facebook” profilində paylaşım edib.
Bildirilib ki, qlobal geosiyasi proseslərin iqtisadiyyata təsirlərini neytrallaşdırmaq üçün dayanıqlı inkişafın təmin edilməsi sahəsində dövlətimizin təcrübəsi barədə məlumat verilib.

Prezident İlham Əliyevin (Ilham Aliyev) #Davos İqtisadi Forumunda (World Economic Forum) iştirakı çərçivəsində 19 yanvar tarixində “Rəhbərlərin birgə görüşü: mövcud geosiyasi mənzərə” mövzusunda dəyirmi masada qlobal #geosiyasi proseslərin iqtisadiyyata təsirlərini neytrallaşdırmaq üçün dayanıqlı inkişafın təmin edilməsi sahəsində dövlətimizin təcrübəsi barədə məlumat verdik.