İranda çörək bahalaşdı  - Azərbaycana təsiri olacaq?

"İranda çörəyin qiymətinin bahalaşması Azərbaycana təsir göstərməyəcək".

Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov İranda çörəyin bahalaşmasından danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanın buğda ilə bağlı öz ticarət partnyorları var:

"Həmin ölkələrlə artıq müqavilələr də imzalanır. Məhsul daşınır. Doğrudur, alternativ variant kimi hər zaman daha ucuz mənbələr dəyərləndirilə bilər. Amma ilk növbədə, daxili imkanlarımız, ikincisi, idxal amilimiz stabil olduğu üçün İrandakı qiymətlərin qalxıb, düşməsinin Azərbaycana heç bir aidiyyəti yoxdur və təsir göstərə bilməz. Bu məsələdə Azərbaycan hökuməti çox diversifikasiyalaşmış və uğurlu siyasət aparır".

Qeyd edək ki, İranda un və un məmulatlarının, o cümlədən çörəyin qiyməti artıb.