Rusiyaya idxal yumurtanın qiymətinə təsir edəcək? - Ekspertdən AÇIQLAMA

Rusiyaya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb. Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə yumurtanın Azərbaycandan 18 ton (306 min ədəd) həcmində üçüncü partiyası gətirilib.Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub. Xezerxeber.az-ın məlumatına görə isə, son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti iki-üç qəpik artıb. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirirlər. Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.Vətəndaşlar isə qiymətlərin baha olmasından şikayətlənirlər.
 
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən  iqtisadçı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yerindən duran hər kəs Rusiyaya yumurta ixrac edə bilməyəcək :                                                                                                              

 "Çünki bir neçə ay öncə Azərbaycanda yumurta istehsalçıları Rusiyada sertifkasiyadan keçdilər ki, onların məhsulu rus bazarının tələblərinə həqiqətən uyğundur. Sözsüz ki, ölkəmiz Rusiyanın ehtiyyacını tam ödəyə bilməyəcək. Çünki, bu ölkədə 145 milyon əhali yaşayır. Azərbaycanda isə günlük yumurta yığımı təxmini 4.6-4.9 milyondur. Yerli təlabat isə 3.2-3.6 milyon ədəddir. Bu da o deməkdir ki, 1 milyon əlavə yumurta istehsal edirik. Biz Rusiyaya əlavə məhsulumuzu ixrac edəcəyik. Təbii ki, bu vəziyyət yumurtanın qiymətinə təsir edəcək. Qiymətlər müəyyən qədər artacaq. Amma bu məsələ hökümətin diqqət mərkəzindədir. Yumurta strateji, əhalinin istehlak səbətində yer alan vacib məhsullardan biri hesab olunur. Əvvəllər 40-50 milyonluq yumurta satışı həyata keçirilib. Amma satılmayan yumurtular məcbur maya dəyərindən ucuz satılırdı. Artıq bu prosses olmayacaq".