İlham Şaban: Qlobal neft bazarında təklif bolluğu yaranacaq
09:30 05.11.2025
İqtisadiyyat
412
Qiymətlər enişə doğru gedir
2026-cı ildə neftin qiymətinin 60 dollara qədər ucuzlaşacağı gözlənilir
OPEC-in yaydığı məlumata görə, əvvəllər neft hasilatını gündəlik 1,65 milyon barel məhdudlaşdıran səkkiz OPEC+ ölkəsinin (Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya - red) nazirləri sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq, dekabr ayında neft hasilatını gündəlik 137 min barel artırmaq qərarına gəliblər. Məlumatda vurğulanıb ki, dekabrdan sonra mövsümilik səbəbindən səkkiz ölkə 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmaq qərarına gəlib. Razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən və ya tam bərpa oluna bilər. Müstəqil hesablamalara əsasən, OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş planından 101 min barel çoxdur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban kvotaların artırılmasının bazara təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib. Ekspert bildirib ki, hazırda dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, hansısa ciddi enmə yoxdur:
"Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin arasındakı ticari münasibətlərə diqqət edirlər. Ümumilikdə isə neft qiymətləri 2026-cı ildə cari illə müqayisədə azalmağa meyilli olacaq. Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2 dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir. Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan "Shell"in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. O bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə