Avrasiya İqtisadi İttifaqına şərtlə qatılmaq olar
Yusif Nəzərli
07:48 01.09.2022
İqtisadiyyat
614
Bunun üçün Rusiya üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməlidir
Qısa müddətdə Ermənistanın və separatçı rejimin silahlı qruplaşmaları Qarabağı tərk etməlidir. İlin sonuna kimi qondarma rejim ləğv olunmalıdır. Ermənilərin yaşadığı bütün ərazilər tədricən Azərbaycanın idarəsinə keçməli, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olmalıdır
Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı bütün region üçün hiss olunan effekt verər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. XİN rəsmisi qeyd edib ki, Moskva Azərbaycan baş nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndirir: “Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq”. Zaxarova həmçinin, vurğulayıb ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məqsədilə Bakı və İrəvanla əyani işi davam etdirir. O bəyan edib ki, Azərbaycan-Ermənistanın arasında bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həll variantı razılaşdırılır.
Zaxarovanın açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, burada söhbət Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusunda iştirakından gedir. Analitik xatırladıb ki, Azərbaycanın baş naziri Aİİ-nin sonuncu tədbirində iştirak edib:
“Rusiya rəsmisi mesaj verir ki, əgər Azərbaycan Avrasiya İqtisadi İttifaqının tədbirlərinə qatılarsa, əməkdaşlığı sıxlaşdırarsa, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində öz yardımını əsirgəməz. Bu, bir növ Kremlin bazarlıq predmetidir. Ancaq düşünürəm ki, hazırda bu məsələ o qədər də qorxulu deyil. Rusiya regionda əvvəlki hegemonluğunu təmin edəcək güc və qüdrətdən uzaqdır.
Təkcə regionda deyil, qlobal səviyyədə də nüfuzuna ciddi zərbə dəyib. Rusiya Ukrayna bataqlığında çapalayır. Qərb dünyasının, xüsusilə ABŞ-ın Rusiyanı tamamilə tükəndirmək, bütün enerjisinin xərclənməsinə nail olmaq siyasəti nəticə verməkdədir.
Rusiya hərbi baxımdan məğlub durumdadır və müharibədə Ukraynanın xeyrinə ciddi dönüş nöqtəsi yaranmaqdadır. Bu gedişlə Kremldə Vladimir Putinin dayaqlarının laxlayacağı şübhə doğurmur. Zəif Rusiyanın fonunda isə narahatlığa əsas yoxdur. Bir sıra şərtlərlə Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda iştirak etmək olar. Bunun üçün Rusiya üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməlidir”.
N.Miri vurğulayıb ki, qısa müddətdə Ermənistanın və separatçı rejimin silahlı qruplaşmaları Qarabağı tərk etməlidir. İlin sonuna kimi qondarma rejim ləğv olunmalıdır. Ermənilərin yaşadığı bütün ərazilər tədricən Azərbaycanın idarəsinə keçməli, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olmalıdır.
Eyni zamanda sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması və ən nəhayət, böyük sülh sazişinin imzalanmasına Rusiya ciddi dəstək verməlidir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul edərsə, ölkəmizə qarşı iddialardan birdəfəlik vaz keçərsə, Azərbaycan Aİİ-də müşahidəçi statusunda təmsil oluna bilər.
Bu, Azərbaycandan heç nə almayacaq. Əksinə, postsovet məkanında digər ölkələrlə münasibətləri daha da gücləndirəcək. Lakin sadaladığımız şərtlər reallaşmadığı təqdirdə Azərbaycan Rusiyanın nüvəsi olduğu bir təşkilatda bərabər hüquqlu üzv ola bilməz.
Nəzərə alaq ki, getdikcə mövqeləri zəifləyən bir Rusiya var. Dünyanın yenidən qurulmasında Rusiyanın hegemon mövqe tutacağını düşünmürəm. Bu, üfüqdə belə görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə