“Azərbaycan Davosda öz potensialını təqdim edir” – Səmərəsi böyük olacaq
Yusif Nəzərli
10:02 23.01.2020
İqtisadiyyat
995
Dünyanın gözü yenə İsveçrənin kiçik bir kəndinə yönəlib. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə səfər edib, orada çoxsaylı görüşlər keçirir.
Xatırladaq ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı, enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.
Vüqar Bayramov:"Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ölkəmiz xarici sərmayələrin dəvət edilməsi üçün bu tribunadan yararlanır"
İqtisadçı-alim Vüqar Bayramov “Sherg.az”a bildirib ki, Davos dünyanın aparıcı liderlərini, dövlət və hökumət başçılarını, eləcə də aparıcı biznes qurumlarının rəhbərlərini, QHT və KİV təmsilçilərini bir araya yığan yeganə forumdur:
“Bu baxımdan, Davos Forumu çox ciddi bir tədbirdir. Qlobal olaraq məsələlərin müzakirə oluna biləcəyi, dövlətlərin öz potensialını təqdim edə biləcəyi bir tribunadır. Davos həm də Azərbaycanın yüksək önəm verdiyi tədbirlərdən biridir. Azərbaycanın dövlət rəhbəri səviyyəsində təmsil olunması da göstərir ki, bu forum ölkəmiz üçün əhəmiyyətli tədbirdir. Postneft dövründə Azərbaycanın bir tədbirə qatılması daha çox lazımdır. Çünki ölkə iqtisadiyyatı investisiyalara ciddi ehtiyac duyur. Bu investisiyaları cəlb etmək üçün Davos İqtisadi Forumu, oradakı görüşlər, müzakirələr əlverişli platformadır. Eyni zamanda burada Azərbaycan apardığı islahatları təqdim etmək üçün səmərəli imkanlar əldə edir”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan da Davos Forumu üçün vacib tərəfdaşlardan biridir:
“Forum ölkəmizə ciddi tərəfdaş kimi yanaşır. Azərbaycanın da Davos kimi tribunaya ehtiyacı var. Azərbaycan orada öz potensialını iştirakçılara təqdim edir. Düşünürəm ki, bütün bunlar qarşılıqlı əməkdaşlığın həm forum, həm də Azərbaycan üçün səmərəli olmasını göstərir”.
V.Bayramov diqqətə çatdırıb ki, ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır:
Bu baxımdan dünya liderləri, böyük şirkətlərin rəhbərləri, ekspertlər və aparıcı media qurumları forumun kifayət qədər ciddi tribunaya çevrilməsinə səbəb olub. Azərbaycan da bu tribunadan istifadə etməyə çalışır. Prezident İlham Əliyevin Davosda şirkət rəhbərləri ilə görüşlər keçirməsi əlaqələr baxımından mühüm əməliyyətə malikdir. Bundan öncəki forumlarda Azərbaycan prezidenti bir neçə şirkətin rəhbərini ölkəmizə dəvət etmişdi. Müəyyən müddətdən sonra bu şirkətlər Azərbaycanda fəaliyyətə başladılar. Bu baxımdan Davos əhəmiyyətli forumdur. Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ona görə də Azərbaycan xarici sərmayələrin ölkəyə dəvət edilməsi üçün bu tribunadan yararlanır. Azərbaycan prezidenti Davosda ikitərəfli və çoxtərəfli görüşlər keçirir.
Eyni zamanda forumun internet səhifəsində prezident İlham Əliyevin məqaləsi yayımlanıb. Bu, çox əhəmiyyətli məsələdir. Nəticə etibarı ilə Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Azərbaycanın forumda ən yüksək səviyyədə təmsil olunması göstərir ki, ölkəmiz bu imkandan yetərincə yararlanmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya